Avropa İttifaqı "Facebook" şirkəti ilə bağlı təhqiqat aparır


Digərləri 07 Noy 2018 23:46:00 216 0

Avropa İttifaqı "Facebook" şirkəti ilə bağlı təhqiqat aparır

Böyük Britaniya hökuməti Avropa İttifaqına müraciət edərək "Facebook" şirkəti ilə bağlı böyük hay-küyə səbəb olmuş işin təhqiq olunmasını xahiş edib. Şirkət öz istifadəçilərinin məlumatlarından, o cümlədən "Cambridge Analytica" şirkəti vasitəsilə sui-istifadə etməkdə ittiham olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniyanın İnformasiya Komissarı İdarəsi (İCO) "Facebook"un işini İrlandiyanın məlumatların qorunması komissiyasına verib (şirkətin Avropa üzrə qərargahı İrlandiyada yerləşir).

Aİ-nin 2018-ci il may ayında qəbul edilmiş "Şəxsi məlumatların qorunması barədə" yeni qanununa müvafiq olaraq, "Cambridge Analytica" və "Facebook" şirkətləri irlandiyalı tənzimləyicinin diqqətini cəlb ediblər. İCO nümayəndəsi bildirib ki, şübhəli akkauntlar vasitəsilə, yəni sosial şəbəkə qaydaları pozulmaqla yayılan siyasi reklam ekspertlərin diqqət mərkəzində olacaq. Həmin qaydalara görə, siyasi reklamın sifarişçisi həm özü barədə, həm də reklamın xərcini ödəyən barədə informasiya təqdim etməyə borcludur.