Amerikalı professor insan beyni haqqında maraqlı faktı üzə çıxardı


Digərləri 07 Noy 2018 22:34:00 314 0

Amerikalı professor insan beyni haqqında maraqlı faktı üzə çıxardı

Biz fərqinə varmadan yanımızda oturan insanın beyni ilə ünsiyyətdə ola bilərikmi?

Son.az xəbər verir ki, İllinoys ştatında, Şimal-Qərb universitetinin professoru Serf Moranonun müxtəlif insanların beyin neyroimpuslarının sinxronizmi araşdırmasının nəticələrinə inansaq, bu, mümkündür. Professor təxminən 10 il qərarların qəbulu prosesini öyrənib.

Alim aşkar edib ki, əgər insanlar bir-biri ilə çox vaxt keçirirsə, onların baş beynində neyronların fəallığı oxşar, bəzən isə demək olar ki, eyni olur.

"Əgər siz uzun müddət birlikdə vaxt keçirsəniz, hər iki beyin sinxron işləməyə başlayır", - deyə professor Serf iddia edib.

Sinxronlaşdırma

Tədqiqatların birində iki nəfər eyni bir videoçarxa baxıb, onların beyin fəallığının xarakteri olduqca oxşar olub. Bunu elektrik uyğunlaşdırılması adlandırmaq və kompüterin ekranında görmək olar.

Alimlər kompüterin ekranından qərarların qəbul edilməsi prosesində beynin hansı sahələrinin aktivləşdiyini görə bilər.

"Eyni filmə baxışdan, eyni kitabın mütaliəsindən və eyni həyati hadisədən cəmi iki həftədən sonra insanlar demək olar ki, eyni dil konstruksiyaları, oxşar emosiyaları və ümumi mövqeyini bölüşürlər" , - deyə Serf sözlərinə əlavə edib.