Dünyanın ən varlı dilənçiləri TOP ONLUQ FOTO


Digərləri 07 Noy 2018 22:40:00 293 0

Dünyanın ən varlı dilənçiləri  TOP ONLUQ  FOTO

Adətən küçədə dilənən insanların bəziləri oliqarx həyatı sürür.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, belə dilənçilərin bəzilərinin milyonlarla dolları var, bahalı evlərdə yaşayırlar və bahalı maşınlar sürürlər. Dünyanın ən varlı dilənçilərinin siyahısını oxucularımıza təqdim edirik.

1. Saymon Rayt

Peşəkar dilənçidir. 37 yaşlı London sakini həftə içi hər gün 8 saat, istirahət günləri isə daha çox London küçələrində dilənir. O, köhnə paltar geyinir və iti ilə gəzir. Onun illik gəliri 50 min dollardan çoxdur. Saymon axşamlar 300 min funt sterlinq dəyəri olan evində yaşayır.

2. Eyşa

Gününü Ciddə küçələrində dilənməklə keçirən 100 yaşlı qadındır. Eyşa kor olub və küçədə oturaraq dilənib. İnsanlar kor və yaşlı qadını görüb ona pul verirmişlər. Dilənçi əlindəki şüşə qabı insanlara uzadıb pul istəyirmiş. Eyşa dünyasını dəyişəndə 880 min dollar pul, 220 min dollarlıq zinət əşyası və daşınmaz əmlakının olduğu üzə çıxdı. O, bütün sərvətini evsizlərə bağışladı.

3. Sambaci Kale

Bombeydə yaşayır. Günlərini ailəsi ilə dilənməklə keçirir. Gün ərzində ailə 1000 rupi qazanır. Onların artıq bank hesabları və investisiya şirkətində sərmayələri var. Dilənçiliyi çoxdan buraxıb dəbdəbəli mənzil və ya iki villadan birində yaşaya bilərdilər.

4. Krişna Kumar Gite

Bombeyin növbəti dilənçisidir. Kasıb görünmək üçün cım-cındır geyinir. Amma əslində ona pul verənlərdən imkanlıdır. Gün ərzində 1500 rupi qazanır və şəxsi mənzilində yaşayır.

5.İrvin Kori

97 yaşlı Nyu-York sakinidir. Uzun illər əvvəl Vudi Allen və Ceki Qlisslə birlikdə aktyor kimi işləyib. Manhettendəki prestijli rayonda dəbdəbəli mənzili var.


Xəbərə aid fotolar