Özbəkistanda hər ayın birinci bazar günü humanizm günü kimi qeyd ediləcək


Dünya 07 Noy 2018 22:31:00 327 0

Özbəkistanda hər ayın birinci bazar günü humanizm günü kimi qeyd ediləcək

Özbəkistandakı Din İşləri üzrə Komitə hər ayın birinci bazar gününü ölkədə humanizm günü kimi qeyd edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu günlə bağlı komitə 250 gözdən əlilə Səudiyyə Ərəbistanında brayl əlifbası ilə çap edilən "Qurani-Kərim" bağışlayıb.

Komitədən bildiriblər ki, bundan əlavə gözdən əlillər üçün müxtəlif ədəbiyyat, brayl əlifbası ilə yazılan dini kitablar, audiokitablar buraxılması nəzərdə tutulur.

Digər kateqoriyadan olan məhdud imkanlı insanların internetdən istifadə edə bilməsi üçün də şərait yaradılacaq.