Mavritaniyada baş verən yol qəzasında 12 nəfər ölüb, onlarla insan xəsarət alıb


Dünya 07 Noy 2018 22:10:00 238 0

Mavritaniyada baş verən yol qəzasında 12 nəfər ölüb, onlarla insan xəsarət alıb

Mavritaniyada iki sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb, daha 44 nəfər xəsarət alıb.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə Mərakeşin "Hespress" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Qəza Malidən gələn sərnişin avtobusu ilə şəhərlərarası digər avtobusun Mavritaniyanın cənub-qərbindəki Aleq şəhərində toqquşması nəticəsində baş verib. Ölənlər və yaralananlar Mavritaniya, Mali və Nigeriya vətəndaşlarıdır.