Fransa, Niderland, Avstriya büdcə mövzusunda İtaliyaya təzyiq edirlər


Dünya 07 Noy 2018 22:19:00 262 0

Fransa, Niderland, Avstriya büdcə mövzusunda İtaliyaya təzyiq edirlər

Fransa, Niderland və Avstriya 2019-cu il büdcə qanun layihəsi ilə bağlı İtaliyanı Avropa Komissiyası ilə danışıqlar aparmağa və Aİ-nin qaydalarına riayət etməyə çağırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Brüsseldə "Avroqrup"un iclasına qatılan Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Meyr İtaliyanı mübahisəli büdcə layihəsini yenidən nəzərdən keçirməyə çağırıb.

Hollandiya maliyyə naziri Vopke Hoekstra da rəsmi Romanı Avropa Komissiyası ilə dialoq aparmağa səsləyib.