İran ordusu yeni radar sistemlərini sınaqdan keçirib


Dünya 07 Noy 2018 22:00:00 251 0

İran ordusu yeni radar sistemlərini sınaqdan keçirib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya və Kosmonavtika Qüvvələrinin şərti adı "Vilayət 97" olan hərbi təlimləri çərçivəsində ilk dəfə olaraq "Bəşir" qırıcı təyyarələrə nəzarət və 3D lokator-radar sistemi sınaqdan keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təlimlər zamanı, həmçinin "Fəcr" kəşfiyyat lokatoru, "Rəəd" elektron kəşfiyyat lokatoru və "Kruz" raketlərin izlənməsi sistemləri də sınaqdan keçirilib. İranın milli istehsalı olan bu hərbi sursatlar düşmənin gizli hədəflərinin aşkar edilməsi, izlənilməsi və zərərsizləşdirilməsi imkanlarına malikdir.