Alimlərin fikrincə, nitqin təmizliyi yaddaşa kömək edir


Digərləri 07 Noy 2018 21:42:00 304 0

Alimlərin fikrincə, nitqin təmizliyi yaddaşa kömək edir

Texas Universitetinin tədqiqatçıları və "UTsoundLab" laboratoriyasının dilçiləri nə üçün bir danışığın daşıdığı informasiyanın uzun müddət yadda qaldığını, digərinin dərhal unudulduğunu müəyyən ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, materialın yadda saxlanılmasına nitqin sürəti və təmizliyi təsir göstərir. Tədqiqatçılar bu fərziyyəni yoxlamaq üçün ingilis dilində danışan və yarısı bu dilin daşıyıcısı olan 60 nəfər cəlb ediblər. Təcrübə iştirakçılarına iki üsulla - "təmiz nitq" (yavaş sürət və düzgün tələffüz) və "danışıq nitqi" ilə (sürətlə və vurğusuz) 72 cümlə (hər biri 12 cümlədən ibarət altı blok) oxuyublar. Sonra tədqiqat iştirakçıları həmin cümlələri əzbərdən deməyə çalışıblar.