Rusiyanın 11 şəhəri qana boyanacaqdı Kəşfiyyat şefi DETALLARI AÇDI


Dünya 07 Noy 2018 21:30:00 265 0

Rusiyanın 11 şəhəri qana boyanacaqdı  Kəşfiyyat şefi DETALLARI AÇDI

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) futbol üzrə dünya çempionatında terror aktlarının həyata keçirilməsi üçün pilotsuz təyyarələrdən istifadə etməyə çalışan terrorçuların cəhdlərinin qarşısını alıb.

Son.az xəbər verir ki, bu haqda xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanlarının rəhbərlərinin müşavirəsində FTX-nin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, idarə xarici azarkeşlərə hücumları planlaşdıran 7 qruplaşmanı ifşa edib. Bortnikov qeyd edib ki, terrorçuların nəzarətsiz olması terror üçün dronların tətbiqi ilə nəticələnə bilərdi.