Manana illər sonra SİRRi açdı: "Yalandan gülürdüm, alqışlayırdım, amma dilinizi bilmirdim" FOTO


Şou-biznes 07 Noy 2018 21:09:00 260 0

Manana illər sonra SİRRi açdı: "Yalandan gülürdüm, alqışlayırdım, amma dilinizi bilmirdim"  FOTO

Əməkdar artist Manana Caparidzenin Son.az-a müsahibəsi.

- Manana xanım, Azərbaycana bu qədər sevgi sizdə hardan yaranıb?

- Mən artıq 23 ildir ki, Azərbaycandayam. 23 il bundan əvvəl Azərbaycan haqqında çox şey bilmirdim.  Müğənnilərdən təkcə Zeynəb Xanlarovanı tanıyırdım. Evdə həmişə atam, babam onun mahnılarına qulaq asırdı. Mən də uşaq idim, Zeynəb xanımın mahnılarını zümzümə edirdim. Böyük arzum idi ki, müğənni olum.

- Deməli Azərbaycana gəlişiniz sırf təsadüf olub?

- Həqiqətən də oxşar cəhətlərimiz çoxdur. Amma onu deyim ki, bağlılığımız var. Belə ki, ana nənəm Azərbaycanlı olub, babamın adı isə Telman idi.

- Azərbaycana gəlişinizi necə xatırlayırsınız?

- Mən artıq yeniyetmə idim, müğənni kimi fəaliyyət göstərirdim. Valideynlərimə təklif gəlmişdi ki, Manana 1-2 günlük Azərbaycana qastrol səfərinə gəlsin. Onlar bu təklifə sevə-sevə razılaşmışdılar. İş elə gətirdi ki, 2 gün yox, uzun müddət burada qalası oldum. Hara gedirdimsə məni gözəl, isti qarşılayırdılar. Amma onu da deyim ki, dili bilmirdim, mənim üçün çox çətin idi. Valideynlərim həmişə mənə deyirdi ki, həyat çətin olsa da öz yolunla get. Amma o yolu elə get ki, arxaya baxanda utanmayasan.

- Sizi ilk dəfə tamaşaçılarımız "Kinoklub" verilişindən tanıdılar. Həmin verilişə necə dəvət almışdınız?

- Verilişin rəhbəri Etibar Babayev səsimin gözəl olduğunu bildirib məni verilişə dəvət etdi. O zaman 16-17 yaşım var idi. Həmin verilişdə iştirak edərkən mən qətiyyən sizin dildə danışa bilmirdim, heç nə başa düşmürdüm. Verilişin qonaqları alqış edəndə mən də alqışlayırdım, güləndə gülürdüm (gülür). Artıq qonaq yox, ev yiyəsiyəm. Hələ də gözəl xatirələrlə yaşayıram. Amin adında bir qardaşım var idi, həmişə mənə deyirdi ki, Manana sevimli insan olanda, müğənni olmaq daha asan olacaq. Həqiqətən də insanların mənə qarşı olan sevgisini görürəm və bu məni çox sevindirir.

- Dilimizi çətinliklə öyrəndiniz yoxsa asanlıqla?


Xəbərə aid fotolar