VTB (Azərbaycan) müştəriləri nağd vəsaitlərini Azər Türk Bank bankomatlarında mədaxil edə bilər


Digərləri 07 Noy 2018 20:21:21 279 0

VTB (Azərbaycan) müştəriləri nağd vəsaitlərini Azər Türk Bank bankomatlarında mədaxil edə bilər

Hazırda VTB (Azərbaycan) kart istifadəçiləri ölkə ərazisində NIKOIL Bank və Azər Türk Bank kimi yerli bankların 45-dən çox bankomatlarından yararlana bilər.

Bakı. Bank VTB (Azərbaycan) müştərilərinə Cash-in funksiyası vasitəsilə Azər Türk Bank bankomatlarından kart hesablarına əlavə komissiyasız nağd pul vəsaitini əlavə etmək imkanı verir. Bankdan Trend-ə verilən məlumata görə, bundan başqa, VTB (Azərbaycan) müştəriləri Azər Türk Bank bankomatlarında olan «Card to Card», parolun alınması, 3D Secure, SMS-xəbərdarlıq kimi əlavə xidmətlərdən də istifadə edə bilər.