Rusiyada təyyarə məcburi eniş etdi


Dünya 07 Noy 2018 19:58:00 202 0

Rusiyada təyyarə məcburi eniş etdi

Rusiyada Maqas şəhərindən Moskvaya uçan təyyarə məcburi eniş etməli olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisəyə səbəb göyərtədə sərnişinin siqaret çəkməsi olub.

"Pobeda" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan sonra sərnişinlərdən biri siqaret çəkməyə başlayıb. Nəticədə pilot təyyarəni Volqoqradda endirmək qərarı alıb.