Həyəcan siqnalı: Burnumuzun dibində ekoloji fəlakət baş verir


Digərləri 07 Noy 2018 19:46:00 274 0

Həyəcan siqnalı: Burnumuzun dibində ekoloji fəlakət baş verir

Bakının Yasamal rayonunda Qanlıgölün ətrafı qanunsuz zibilliyə çevrilib. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həmin mənzərə son bir neçə ildir müşahidə edilməkdədir.

Qeyd edək ki, sözügedən göl Bakının Yasamal rayonunda, Yasamal qəbiristanlığının yanındakı dairəvi yolun yaxınlığında yerləşir. Bu yerə nadir hallarda insan ayağı dəyir və ora gözdən uzaqdadır. Eyni zamanda, gölün həmin hissəsi hündür hasarla əhatələnib.

Bununla belə, şəhərin azca hündür yerindən boylandıqda, həmin ekoloji fəlakətin fərqinə varmaq mümkündür. Buradakı zibillərin bir hissəsindən xilas olmaq üçün kimlərsə zaman-zaman tullantıları yandırırlar. Nəticədə küləyin istiqamətindən asılı olaraq şəhərə plastik butılkaların və digər tullantıların zəhərli tüstüsü yayılır.

Qeyd edək ki, bu, Qanlıgöl gölünün ətrafının çirkləndirilməsi ilə bağlı ilk hal deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları vaxtaşırı bu ərazidə reyd keçirirlər. Əvvəllər dəfələrlə yük avtomobillərinin ağır inşaat tullantılarını birbaşa gölün sahilinə tökdüyü müəyyən edilib. Bunun nəticəsi olaraq, hətta bir neçə adam cərimələnib. Onlara ərazinin zibildən təmizlənməsi ilə bağlı təlimat verilib.