Azərbaycanla Aİ arasında yeni Saziş üzrə danışıqlar barədə fikir mübadiləsi aparılıb


Digərləri 07 Noy 2018 19:46:57 208 0

Azərbaycanla Aİ arasında yeni Saziş üzrə danışıqlar barədə fikir mübadiləsi aparılıb

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib. Tərəflər Azərbaycan-Aİ tərəfdaşlıq münasibətləri ətrafında, o cümlədən ölkəmizlə Aİ arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə davam edən danışıqlar barədə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Aİ tərəfindən həyata keçirilən etimad quruculuğu layihələri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin