Neft Emalı Zavodundan atmosferə atılmalar qeydə alınıb


Digərləri 07 Noy 2018 19:06:00 240 0

Neft Emalı Zavodundan atmosferə atılmalar qeydə alınıb

Noyabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft Emalı Zavodundan havaya atılmalar ilə bağlı daxil olan məlumat əsasında Nazirliyin əməkdaşları tərəfindən yerində monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb və araşdırma aparılıb.

Nazirlikdən Son.az-a daxil olan xəbərə görə, araşdırma zamanı Neft Emalı Zavodunun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə atılmalar qeydə alınıb.