“Yeni nəsil dəvət edir” adlı möhtəşəm layihə


Kriminal 07 Noy 2018 18:54:00 271 0

“Yeni nəsil dəvət edir” adlı möhtəşəm layihə

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm "Yeni nəsil dəvət edir" adlı layihə uğurla davam  edir.

Son.az xəbər verir ki, noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakultəsinin "Estrada sənəti" və "Muğam sənəti" kafedralarının tələbələrinin "Yada düşər xatirələr" adlıkonserti keçirildi.

Azərbaycan bəstəkarlarının mahnı və romaslarından ibarət konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində həyata keçirilmişdi.

Konsertdə tələbələrin ifasında E.İbrahimovanın "Daha məndə dözüm yox", "Ey vətən", A.Səmədzadənin "Bu dünyanı nağıl bilək", E.Sabitoğlunun "Neyləyim", "Sən mənim deyilsən", T.Quliyevin "Yol  ayrıcında", "Ey sevincim Bakı", "Kimsən sən", X.Mirzəzadənin "Yadındamı","Sırqamın qaşı", Ə.Abbasovun "Heyran olmuşam", İ.Babayevanın "O gözlər", S.Əliyevanın "Qayıt əzizim",V.Adıgözəlovun "Qərənfil", "Şuşam lay-lay", P.Bülbüloğlunun "Gəl ey səhər" mahnıları səsləndi.

Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.