Zaqatalada 42 km-lik yol yenidən qurulur


Digərləri 07 Noy 2018 18:40:00 218 0

Zaqatalada 42 km-lik yol yenidən qurulur

Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yolların yenidən qurulması yekunlaşır

Bakı. Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının 3 istiqamət üzrə yenidən qurulması yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 128-ci kilometrindən ayrılan 9.8 kilometr uzunluğa malik III texniki dərəcəli respublika əhəmiyyətli Zaqatala dəmir yolu stansiyası avtomobil yolu, IV texniki dərəcəli 24 kilometr uzunluğa malik yaşayış məntəqələrini birləşdirən yollar və 8.2 kilometr uzunluğunda yaşayış məntəqələrinin daxili yollarıdır.