Bakıda 77 yaşlı qadının yanmış meyiti tapılıb - Nəvəsi saxlanılıb


Digərləri 07 Noy 2018 18:16:00 217 0

Bakıda 77 yaşlı qadının yanmış meyiti tapılıb - Nəvəsi saxlanılıb

Nəsimi rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Bakı. Samir Əli - Nəsimi rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə verilən məlumatına görə, noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər aparılmışdır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilmişdir.