İranda yağış və qar həyatı iflic etdi


Dünya 07 Noy 2018 18:14:00 236 0

İranda yağış və qar həyatı iflic etdi

İranda güclü qar və uçqun nəticəsində Kərəc-Çalus magistral yolu bağlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, güclü qar Yasuc vilayətində də bir yolun bağlanması ilə nəticələnib.

Şərqi Azərbaycan vilayətində isə güclü qar yolların sürüşkən və təhlükəli olmasına səbəb olub.

Təbriz-Zəncan, Əhər, Kəleybər, Marağa-Həştrud, Əhər-Sambəran, Nəzər Kəhrizi aşırımlarında güclü qar və uçqun olması haqda məlumatlar var.