Mirkamilə nə olub?


Şou-biznes 07 Noy 2018 17:48:00 307 0

Mirkamilə nə olub?

"Xalq ulduzu" müsabiqəsi ilə populyarlaşan müğənni Mirkamil Kamilov instaqramda qəribə paylaşımları ilə diqqət çəkir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, gənc ifaçı "mirkamilofficial" adlı hesabında müxtəlif mövzularda - "vor"ların, siyasətçilərin, sənətçilərin fotolarını paylaşaraq şərh bildirir.

Müğənni demək olar ki, səhifəsində yaradıcılığı ilə bağlı heç bir məlumat vermir.  Hətta Mirkamilin hesabındakı qəribə paylaşımları sosial şəbəkə istifadəçilərini, pərəstişkarlarını narahat etməyə başlayıb.  Onlar dəfələrlə postlara rəy yazaraq Kamilovun psixoloji problemlərinin olduğunu qeyd ediblər.

İlk dövrlərdə səhifəni Mirkamilin istifadə etmədiyi deyilsə də, müğənni hesabı özü idarə etdiyini, statusların ona məxsus olduğunu vurğulayır.

Bundan əlavə, ifaçı onun paylaşımlarını tənqid edənləri "söhbətə çağırır", bəzən isə təhqir edir.


Xəbərə aid fotolar