Qvardiola: "Pul da lazımdır, vaxt da"


İdman 07 Noy 2018 17:46:00 315 0

Qvardiola: "Pul da lazımdır, vaxt da"

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola klubla bağlı ortaya çıxan maliyyə fırıldağı ittihamlarına cavab verib.

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis Manchester City-nin yalnız pula görə oyunlarda qalib gəldiyinə dair iddiaları rədd edib:

“Deyirlər ki, biz yalnız pula görə uduruq. Belə problem həmişə var idi. Çünki yeni səviyyəyə çıxmaq üçün çox vaxt tələb olunur. Pul da lazımdır, vaxt da. Bu, normal haldır, böyük klublar pul xərcləməlidir”.

Mətbuatda Manchester City və PSG klublarının FİFA prezidenti Canni İnfantino və UEFA-nın sabiq rəhbəri Mişel Platininin köməyi ilə maliyyə fair-play qaydalarını pozduqlarına dair məlumat yayılıb.