Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları keçiriləcək


Digərləri 07 Noy 2018 17:36:00 289 0

Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları keçiriləcək

Noyabrın 12-də qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.

Bakı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, KQHO-nın əsas məqsədi real şəraitdə keçirilən müxtəlif qoşun əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.