Koku qovulmasından danışdı


İdman 07 Noy 2018 17:22:00 388 0

Koku qovulmasından danışdı

Fenerbahçe-dakı karyerası başa çatan Filip Koku prezident Ali Koçun onu istefaya göndərməsi haqqında danışıb.

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis İstanbul klubunda uğursuz olduğunu etiraf edib:

“Fenerbahçe kimi klublar belə vəziyyətlərə öyrəşməyib. Ortada uğursuzluq var. Bu komandanın başında mən olduğum üçün, bunun məsuliyyəti də mənim üzərimdədir. 20 nəfərin komandadan gedə bilməyəcəyinə görə, normal olan, işin başındakı insanın getməsidir”.