Rəşidə Tlaib ABŞ Konqresinə seçilən ilk


Dünya 07 Noy 2018 16:20:00 212 0

Rəşidə Tlaib ABŞ Konqresinə seçilən ilk

Birləşmiş Ştatlarda keçirilən aralıq seçkilərinin nəticələrinə görə, Rəşidə Tlaib ABŞ Konqresinə seçilən ilk müsəlman qadın olub. Seçicilər arasında aparılan sorğunun nəticələrinə görə, onun bu qürur hissini digər müsəlman qadın - Minnesota ştatında qələbəyə yaxın olan Somali əsilli amerikalı İlhan Ömərlə bölüşəcəyi ehtimal olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Minnesotada səsvermənin yekun nəticələri hələlik məlum deyil. Tlaib isə Miçiqan ştatındakı 13-cü seçki dairəsindən seçilib. Fələstin əsilli bu qadın avqust ayında Demokratlar Partiyasının keçirdiyi praymerizdə birinci yeri tutmuşdu. 42 yaşlı Tlaib Detroytda fələstinli mühacir ailəsində dünyaya gəlib. O, 2008-ci ildə Miçiqan ştatının parlamentinə seçilən ilk müsəlman qadın olub. Tlaibin seçkiqabağı platformasına minimum əməkhaqqının hər saat üçün 15 dollara qaldırılması, "Medicare" və sosial müavinət kimi sosialyönümlü proqramların ixtisar edilməsinin qarşısının alınması, həmçinin iri korporasiyalara vergi güzəştlərinin ləğvi məsələləri daxildir.

İlhan Ömər, öz növbəsində, beşinci seçki dairəsindən namizədliyini irəli sürüb. O, Somalidə vətəndaş müharibəsi nəticəsində 14 yaşında qaçqın kimi ABŞ-a gəlib.