Yekaterinburqda hərbi zavod yanır


Dünya 07 Noy 2018 16:12:00 218 0

Yekaterinburqda hərbi zavod yanır

Rusiyanın Yekaterinburq şəhərindəki "Vektor" hərbi zavodunda yanğın baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yanğın zavodun dam örtüyündə olub, sonra havalandırma sisteminə keçib.

Yanğının əhatə sahəsi hələ məlum deyil.

Müəssisənin əməkdaşları təxliyə edilib. Zavodda 300-400 nəfər işçi çalışır.