Londonda erməni təxribatının qarşısı alınıb (FOTO)


Digərləri 07 Noy 2018 16:11:54 250 0

Londonda erməni təxribatının qarşısı alınıb (FOTO)

Londonda "Dünya Səyahət Bazarı" sərgisində Ermənistanın təxribatının qarşısı alınıb.

Bakı. Ceyhun Ələkbərov - Londonda "Dünya Səyahət Bazarı" sərgisində Ermənistanın təxribatının qarşısı alınıb. Bu barədə Trend Dövlət Turizm Agentliyinə istinadən məlumat verir. Londonda keçirilən “Dünya Səyahət Bazarı” sərgisində Ermənistan stendində işğal altında olan Dağlıq Qarabağa aid bölmənin ayrılması və sərgi iştirakçılarına təbliğat vasitələrinin paylanması cəhdləri boşa çıxıb. Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin təşkilatçılar qarşısında qaldırdığı qəti tələb və rəsmi etiraz nəticəsində stend və Qarabağın turistik bölgələri nümayiş etdirilən çap materialları aradan qaldırılıb.