“Mən də istəyərəm gedim görüm, necə bir şeydir?”


Digərləri 07 Noy 2018 16:04:00 260 0

“Mən də istəyərəm gedim görüm, necə bir şeydir?”

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı "Psixoloqa getmək ayıbdırmı?" mövzusi ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Psixoloqa gedənə dəli kimi, qüsürlu kimi baxırlar. Mən istəyərəm biri getsin, mən də gedim görüm, necə bir şeydir".

Bilmədiyi bir şey haqqında fikir yürüdənlər çox olduğunda yanlış anlamalar da çox olur. Elə bu yanlış anlamalara görə psixoloqa ehtiyac duyanlar, yardım almaqdan çəkinir. Sakin: "Yaşadığımız mühit bir az pis baxır, hələ ki, biz maariflənməmişik. İnsanda çatışmazlıq kimi qəbul edirlər. Psixoloqa ehtiyac var".

Sakin: "Öz ehtiyacımı özüm ödəyirəm də psixoloqa ehtiyac yoxdur . Ehtiyac olsa, gedərəm".

Sakin: "Müraciət eleməmişik. Adi hal kimi baxmırıq, biz çalışmışıq öz problemimizi özümüz həll edək. Danışmağı utanc bilmişik".

Təki problem olmasın, özümüz həll də edə bilək. Əgər ağlıyır, gülür, üzülür, özümüzə qapanır, depresiyaya düşürüksə, deməli, belə bir problemin reallığını da qəbul etməliyik. Ondan əvvəl isə pisixoloqla psixiatrı bir-birindən ayırmağı bacarmalıyıq.


Xəbərə aid fotolar