Astaraçayın daşması nəticəsində 35 ailə təxliyə olundu


Digərləri 07 Noy 2018 16:08:00 222 0

Astaraçayın daşması nəticəsində 35 ailə təxliyə olundu

Noyabrın 5-6-da cənub bölgəsində yağan leysan xarakterli yağışlarla bağlı Astaraçay çayında suyun səviyyəsinin artması nəticəsində Astara rayonunun Rudəkənar kəndində 35 ailə təxliyə edilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev deyib. Onun sözlərinə görə, hazırda Astaraçayda vəziyyət normallaşıb: "Dünən axşam saatlarından ehtiyat tədbirləri məqsədi ilə kənddən 35 ailə təxliyə edilib. Həmin ailələr qohumlarının evlərində yerləşdirilib. Bu gün səhər saatlarında çayda suyun səviyyəsi enib və ailələr evlərinə köçüblər. Hadisə nəticəsində bir neçə evin həyətyanı sahəni su basmışdı. Yəni, 35 ailənin hamısının həyətini su basmayıb. Sadəcə biz təhlükəsizlik məqsədilə həmin ailələri köçürmüşdük ki, əgər yağış kəsməsəydi, ciddi fəsadlar ola bilərdi. Çünki keçən il də Astaraçay daşmışdı və əhaliyə ciddi ziyan dəymişdi. Amma bu dəfə xoşbəxtlikdən əhaliyə heç bir ziyan dəymədi".

İ.Malıyev bildirib ki, hazırda rayonda və Rudəkənar kəndində vəziyyət tam normaldır: "Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində və digər ərazilərdə bəndbərkitmə işləri aparılır.