Baş Prokurorluq: Daş karxanalarında qeyri-qanuni istismar işləri ilə bağlı 7 nəfər həbs edilib


Digərləri 07 Noy 2018 15:56:00 73 0

Baş Prokurorluq: Daş karxanalarında qeyri-qanuni istismar işləri ilə bağlı 7 nəfər həbs edilib

Mişardaşı karxanası və əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri ilə bağlı 7 nəfər həbs edilib.

Bakı. Samir Əli - Mişardaşı karxanası və əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri ilə bağlı 7 nəfər həbs edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən sui-istifadə edilərək ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən aparılan monitorinqlərin nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbail və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları ilə əlaqədar toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.2.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Başlanmış cinayət işi üzrə ETSN-nin mütəxəssisləri cəlb edilməklə Baş İdarənin təcrübəli müstəntiq, əməliyyatçı və mütəxəssislərindən ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Abşeron rayonunda yerləşən “Güzdək”, Bakı şəhərinin Qaradağ rayonundakı “Güzdək, Gülbaxt, Qaradağ-II, Şahqaya və Karvansaray”, Xəzər rayonunda yerləşən “Türkan-I və Türkan-II” və Səbail rayonu ərazisindəki “Şahinbax” mişardaşı karxanası və əhəngdaşı yataqlarında fəaliyyət göstərən 48 sahibkarlıq subyekti ətraf mühitin qorunması sahəsində qanunvericiliyin tələblərini yerinə yetirməyib, apardıqları qeyri-qanuni istismar işləri nəticəsində ətraf mühitə ümumilikdə 4 milyon 845 min manat məbləğində ziyan vurmuşlar.
İntellektual yarışların Abşeron iqtisadi rayonu üzrə qalibləri müəyyənləşdi like
  • 07 Noy 15:53  
Digərləri İntellektual yarışların Abşeron iqtisadi rayonu üzrə qalibləri müəyyənləşdi

"Azərbaycanın İntellektual Birİncisi" layihəsi üçüncü mövsü

arrow Ətraflı
“Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib (FOTO) like
  • 07 Noy 15:50  
Digərləri “Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib (FOTO)

“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı m

arrow Ətraflı
İstanbulda iki tarixi görüş: region dövlətlərinin əməkdaşlığında yeni səhifə like
  • 07 Noy 15:48  
Dünya İstanbulda iki tarixi görüş: region dövlətlərinin əməkdaşlığında yeni səhifə

Qlobal miqyasda proseslərin sürətli transformasiyası məlumdur. Son zamanlar

arrow Ətraflı
Suyun altında təyyarə tapıldı  FOTO like
  • 07 Noy 15:44  
Digərləri Suyun altında təyyarə tapıldı FOTO

Şotlandiya sahillərində, ən yaxın hava limanından 10 km aralıda, dənizd

arrow Ətraflı
Ermənistan KTMTnin baş katibi postuna namizədin adını açıqlayıb like
  • 07 Noy 15:39  
Dünya Ermənistan KTMTnin baş katibi postuna namizədin adını açıqlayıb

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş

arrow Ətraflı
Elmar Məmmədyarov: Münaqişənin həllinin Ermənistana gətirəcəyi inkişaf barədə konkret ismarıclar son vaxtlar beynəlxalq ictimaiyyət tərəfindən tez-tez səslənir (MÜSAHİBƏ) like
  • 07 Noy 15:38  
Digərləri

Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistana gətirəcəyi inkişaf

arrow Ətraflı
Çex şirkətlərinin Azərbaycanda yenidənqurma işləri apardığı məktəb istifadəyə verilib (FOTO) like
  • 07 Noy 15:38  
Digərləri Çex şirkətlərinin Azərbaycanda yenidənqurma işləri apardığı məktəb istifadəyə verilib (FOTO)

Çexiyanın Azərbaycandakı səfirliyi və seçilmiş özəl Çex şirkətləri

arrow Ətraflı
Əli Mirəliyevi verilişdən Elgiz uzaqlaşdırıb? like
  • 07 Noy 15:35  
Şou-biznes Əli Mirəliyevi verilişdən Elgiz uzaqlaşdırıb?

Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev aparıcılıq etdiyi "S

arrow Ətraflı
“Mən özümə alçaqlıq sayaram ki, ...” like
  • 07 Noy 15:31  
Şou-biznes “Mən özümə alçaqlıq sayaram ki, ...”

“Borcu sizdən istəməmişəm, özüm həll etdim”

arrow Ətraflı
Ukraynada azərbaycanlı güllələndi like
  • 07 Noy 15:28  
Kriminal Ukraynada azərbaycanlı güllələndi

Ukraynanın Kropivnitski şəhərində Azərbaycan vətəndaşı güllələnib.

arrow Ətraflı
Zaurun verilişində əyləşən bu tamaşaçını arvadı 2 ildir axtarır  VİDEO like
  • 07 Noy 15:25  
Digərləri Zaurun verilişində əyləşən bu tamaşaçını arvadı 2 ildir axtarır VİDEO

Anasını qocalar evinə qoymaq istəyən qadın "Bizimləsən"də b

arrow Ətraflı
Ağsuda sənədsiz ov tüfəngi götürülüb like
  • 07 Noy 15:25  
Digərləri Ağsuda sənədsiz ov tüfəngi götürülüb

Ağsu rayonunda müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

arrow Ətraflı
Bakıda keçmiş qayınatasını öldürən şəxs: "Alimenti ödəyə bilmirdim" like
  • 07 Noy 15:20  
Sosial Bakıda keçmiş qayınatasını öldürən şəxs: "Alimenti ödəyə bilmirdim"

Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib

arrow Ətraflı