İntellektual yarışların Abşeron iqtisadi rayonu üzrə qalibləri müəyyənləşdi


Digərləri 07 Noy 2018 15:53:00 274 0

İntellektual yarışların Abşeron iqtisadi rayonu üzrə qalibləri müəyyənləşdi

"Azərbaycanın İntellektual Birİncisi" layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Son.az xəbər verir ki, layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi" layihəsi həyata keçirilir.  

04.11.18 tarixində "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin Abşeron iqtisadi rayonu üzrə zona turnirinin açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra rəsmilər çıxış edib. Sumqayıt şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Fərman Kazımov, "İrəli" İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar. Rəsmi hissə bitdikdən sonra Abşeron, Xızı, Sumqayıt şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Abşeron iqtisadi rayonu üzrə zona turniri keçirilib.

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə "Vətəni tanı" intellektual oyununda Sumqayıt, "Axtar-tap", "Xəmsə", "Nə? Harada? Nə zaman? intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar. Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.


Xəbərə aid fotolar