Nazir: SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı Azərbaycanla əməkdaşlığın dərinləşməsinin elementidir


Digərləri 07 Noy 2018 15:32:00 230 0

Nazir: SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı Azərbaycanla əməkdaşlığın dərinləşməsinin elementidir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstanın qazlaşdırılmasında mümkün iştirakı Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlığın dərinləşməsinin elementidir

Bakı. Ləman Zeynalova - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstanın qazlaşdırılmasında mümkün iştirakı Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlığın dərinləşməsinin elementidir. Trend-in məlumatına görə, bunu Sofiyada iqtisadi əməkdaşlıq üzrə Bolqarıstan-Azərbaycan hökumətlərarası komissiyasının beşinci iclasında Bolqarıstanın energetika naziri Temenujka Petkova deyib. O bildirib ki, SOCAR-la “Bulqarqaz” arasında 2020-ci ildən başlayaraq ildə 1 milyard kubmetr qazın tədarükü barədə müqavilə enerji sahəsində prioritetlərimizin reallaşdırııması üçün böyük əhəmiyyət daşıyır.