Çex şirkətlərinin Azərbaycanda yenidənqurma işləri apardığı məktəb istifadəyə verilib (FOTO)


Digərləri 07 Noy 2018 15:38:00 248 0

Çex şirkətlərinin Azərbaycanda yenidənqurma işləri apardığı məktəb istifadəyə verilib (FOTO)

Çexiyanın Azərbaycandakı səfirliyi və seçilmiş özəl Çex şirkətləri ilə birlikdə iki ildən artıqdır həyata keçirilən, “Enerji səmərəliliyi məktəbi” adlanan unikal layihə çərçivəsində Şamaxı rayonunun Qaravəlli kənd orta məktəbində yenidənqurma işləri başa çatıb.

Bakı. Çexiyanın Azərbaycandakı səfirliyi və seçilmiş özəl Çex şirkətləri ilə birlikdə iki ildən artıqdır həyata keçirilən, “Enerji səmərəliliyi məktəbi” adlanan unikal layihə çərçivəsində Şamaxı rayonunun Qaravəlli kənd orta məktəbində yenidənqurma işləri başa çatıb. Səfirlikdən Trend-ə verilən məlumata görə, 13 özəl çex şirkətindən ibarət konsorsium tərəfindən yenidənqurma işləri müasir enerjiyə qənaət materialları və texnologiyaları ilə həyata keçirilib.