Sağlamlıq imkanları məhdud gənclər Beynəlxalq Bakı Teatr Konfransının açılışında çıxış ediblər (FOTO)


Digərləri 07 Noy 2018 15:19:00 242 0

Sağlamlıq imkanları məhdud gənclər Beynəlxalq Bakı Teatr Konfransının açılışında çıxış ediblər (FOTO)

V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılış mərasimi əlilliyi olan şəxslərin iştirakı ilə hazırlanmış tamaşa ilə başlayıb.

Bakı. Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılış mərasimi əlilliyi olan şəxslərin iştirakı ilə hazırlanmış tamaşa ilə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri teatr etüdü ilə çıxış ediblər. “British Council” və YARAT müasir incəsənət mərkəzinin birgə layihəsi çərçivəsində hazırlanan etüd konfrans iştirakçıları, o cümlədən xarici qonaqlar - dünyanın aparıcı teatr təşkilatlarının rəhbərləri, tanınmış teatr tədqiqatçıları və mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.