Məşhur bacıların 70 yaşlı atasının məşuqəsi varmış FOTO


Digərləri 07 Noy 2018 15:16:00 322 0

Məşhur bacıların 70 yaşlı atasının məşuqəsi varmış  FOTO

Dünyanın ən məşhur supermodelləri arasında yer alan 23 yaşlı Cici və 22 yaşlı Bella Hədid bacılarının atası, əslən iordaniyalı olan 70 yaşlı Məhəmməd Hədidlə bağlı qalmaqal yaranıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, böyük inşaat şirkətinin sahibi olan Məhəmməd Hədidin 25 yaşlı polyak model Yustina Monde ilə "eşq" yaşadığı bəlli olub.

Yustina Monde 70 yaşlı Hədidlə İnstagram-dakı yazışmasının skrinşotlarını açıqlayıb.

Bella və Cici Hədidlər iş adamı Məhəmməd Hədidin ikinci arvadı İolanda Fosterin dünyaya gətirdiyi qızlarıdır.

M.Hədidin ilk nikahdan Mariel və Alana adlı iki qızı var.

25 yaşlı Yustina ilə Məhəmməd Hədid 2014-cü ildə İnstagram-da tanış olub. Onlar bir neçə ay açıq-saçıq məzmunlu mesajlar "mübadiləsi"ndə olublar. Yustina çılpaq və yarıçılpaq fotolarını Məhəmməd Hədidə yollayıb, Məhəmməd Hədid də nəvəsi yaşındakı modelə əxlaqsız təkliflər edib.