Klubdan 55 milyon maaş və təyyarə istədi


İdman 07 Noy 2018 15:00:00 378 0

Klubdan 55 milyon maaş və təyyarə istədi

Fransa millisinin və PSG-nin ulduz futbolçusu Kilian Mbappe klubla yeni müqavilə imzalamaq üçün öz tələblərini bildirib. 

Goal.az "Football Leaks"ə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu beşillik müqavilə üçün 55 milyon avro istəyib. Gənc oyunçu həmçinin Paris təmsilçisindən şəxsi təyyarə tələb edib. 

Kilian Mbappenin digər tələbi də ondan ibarətdir ki, o, "Qızıl top" mükafatını qazanacağı təqdirdə, klubun ən çox qazanan futbolçusu olmaq niyyətindədir.

Mbappe cari mövsüm 11 oyuna 13 qol vurub.