Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Daimi Texniki Komitəsinin iclasında iştirak edir (FOTO)


Digərləri 07 Noy 2018 14:22:00 223 0

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Daimi Texniki Komitəsinin iclasında iştirak edir (FOTO)

Brüsseldə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş qərargahında bu qurumun Daimi Texniki Komitəsinin (DTK) 221/222-ci iclasları öz işinə başlayıb.

Bakı. Brüsseldə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş qərargahında bu qurumun Daimi Texniki Komitəsinin (DTK) 221/222-ci iclasları öz işinə başlayıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Daimi Texniki Komitənin iclaslarında gömrük-dəmiryolu, gömrük-vergi əməkdaşlığı, elektron ticarət, malların eyniləşdirilməsi, konteyner təhlükəsizliyi və izləmə texnikaları, xüsusi gömrük zonaları/azad zonalar, təbii fəlakətlər zamanı yardım, iqtisadi rəqabətlilik paketi, beynəlxalq gömrük terminlərinin lüğəti və digər məsələlər müzakirə olunur. Qeyd edək ki, iclasın gündəliyində duran vacib məsələlərdən biri də gömrük-dəmiryolu əməkdaşlığıdır. İclasda nümayəndə heyətinin rəhbəri C.Qasımov "Dəmiryolu nəqliyyatında gömrük prosedurları və nəzarəti sahəsində təcrübələr, əlaqədar çağırışlar və imkanlar" mövzusunda təqdimatla çıxış edərək ölkəmizdə dəmiryolu nəqliyyatının strateji əhəmiyyəti, inkişafı və dəmiryolu nəqliyyatında gömrük prosedurları və nəzarəti sahəsində əldə edilən təcrübə ilə bağlı iştirakçılara geniş məlumat verib.