Türkiyədən Azərbaycana 105 kqdan artıq heroinin keçirilməsinin qarşısı alındı FOTO


Digərləri 07 Noy 2018 14:21:00 275 0

Türkiyədən Azərbaycana 105 kqdan artıq heroinin keçirilməsinin qarşısı alındı  FOTO

Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqəsində qeydə alınıb.

Belə ki, Naxçıvan Muxtar Respublikasına gələn 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Bəkir Koroğlunun idarə etdiyi 79 EE 567 dövlət nömrə nişanlı "Renault" markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.

Gömrükçülər tərəfindən 79 AA 509 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105,4 kq narkotik vasitə - heroin aşkar edilərək götürülüb.


Xəbərə aid fotolar