Monaco prezidenti həbs olundu


İdman 07 Noy 2018 13:51:00 278 0

Monaco prezidenti həbs olundu

Monaco-nun sahibi Dmitri Rıbolovlevin həbs olunduğu barədə məlumat vermişdik.

Goal.az 

xəbər verir ki, Rıbolovlevə qarşı irəli sürülən ittihamlar barədə məlumat yayılıb. Müxtəlif mənbələrin verdiyi məlumata görə, rusiyalı milyarder Monaco-nu qanunsuz yolla əldə etdiyi vəsait hesabına maliyyələşdirir, UEFA-nın qaydalarını pozur. Onun, Britaniyanın Vircinya adalarında və Honkonqda qanunsuz maliyyə əməliyyatları etdiyi də qeyd olunur.

Digər bir məlumata görə, Rıbolovlevin həbsi Monaco ilə yox, şəxsi həyatı ilə bağlıdır. Oliqarx 2015-ci ildə art-diler Vuvye ilə konflikt yaşayıb. Rıbolovlev onu Pablo Pikasso və Amedeo Modilyaninin əsərlərinin qiymətini süni surətdə şişirtməkdə ittiham etmişdi.

Hazırda təqaüddə olan Monakonun sabiq polis rəisi Rejis Asso müxtəlif vaxtlarda milayrderdən hədiyyələr alıb. Monakonun sabiq ədliyyə naziri Filipp Narminonun da Rıbolovlevlə dostluq münasibətləri olub. O və həyat yoldaşı rusiyalı biznesmenin İsveçrədəki malikanəsində istirahət də ediblər. Bu ilin sentyabrında sabiq ədliyyə naziri korrupsiyada ittiham olunaraq, həbs edilib.

Rıbolovlev Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Brugge ilə ev oyunundan öncə saxlanılıb. Onun ofisində axtarış aparılıb.