Əli Mirəliyev efirdən niyə kənarlaşdırılıb? AÇIQLAMA


Şou-biznes 07 Noy 2018 13:28:17 295 0

Əli Mirəliyev efirdən niyə kənarlaşdırılıb?  AÇIQLAMA

Əli Mirəliyev ARB-nin "Səhər-səhər" verilişindən birdəfəlik kənarlaşdırılıb.

Son.az yenicag.az-a istinadən xəbər verirki , bir müddət öncə verilişdə görünməməsinin səbəbini ayağından zədə alması ilə əlaqələndirən və yenidən efirə qayıdacağını bildirən müğənninin verilişlə vidalaşdığı məlum olub.

Sayta açıqlamasında Ə.Mirəliyev özü də bu xəbəri təsdiqləyib:

"Mən "Səhər-səhər" verilişindən birdəfəlik getmişəm, amma ARB-dən getməmişəm. Ayağım sağalandan sonra Mehriban Xanlarovanın "Canım sizə desin" verilişində aparıcılıq fəaliyyətimi davam etdirəcəkdim. Hətta bir verilişə də çəkildim, amma efirə getmədi. Çünki məlum hadisədən sonra Mehribanın verilişi də bağlandı".