Ombudsman bağçalara nəzarətin Təhsil Nazirliyinə verilməsini təklif edir


Digərləri 07 Noy 2018 13:14:24 263 0

Ombudsman bağçalara nəzarətin Təhsil Nazirliyinə verilməsini təklif edir

Təklif edirəm ki, uşaq bağçalarına nəzarət icra hakimiyyəti orqanlarından alınaraq Təhsil Nazirliyinə verilsin. Bunun çox böyük əhəmiyyəti var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında çıxış edib.

E.Süleymanova bildirib ki, Təhsil Nazirliyi Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə reyd keçirməli, regionlarda hələ də qəzalı şəraitdə olan məktəb və bağçaların təmiri məsələsinə baxılmalıdır.

Onun sözlərinə görə, FHN və icra hakimiyyət orqanları qəzalı şəraitdə olan binaların bərpasına dəstək verməlidirlər.