Deputat sabiq məmurların xaricdəki əmlaklarından danışdı: "Buna nəzarət etmək olmazmı?"


Digərləri 07 Noy 2018 13:15:00 229 0

Deputat sabiq məmurların xaricdəki əmlaklarından danışdı: "Buna nəzarət etmək olmazmı?"

Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycandan maliyyə axınına nəzarətin gücləndirilməsini təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, F.Ağamalı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı xəbərlər yayılır:

"Buna nəzarət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi, sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın.