Akademikin GİLEYİ: "İstedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEAnı tərk edirlər"


Digərləri 07 Noy 2018 13:06:00 237 0

Akademikin GİLEYİ: "İstedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEAnı tərk edirlər"

Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) aşağı əmək haqqı ilə gəncləri elmə cəlb etmək mümkün deyil. Olduqca maraqlı mövzularda araşdırma aparan istedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEA-nı tərk edirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, elmin inkişafına diqqət artırılmalıdır, çünki elmsiz inkişafın gələcəyi yoxdur:

"Məni kadr hazırlığı, xüsusilə Azərbaycan tarix elmi üçün gənc kadrların hazırlanmasının vəziyyəti narahat edir. İstərdik ki, AMEA-nın istedadlı gənclərinin mənzil-məişət şəraiti yaxşılaşdırılsın və onlar üçün "Gənc alimlər evi"nin tikilməsinə vəsait ayrılsın. Elmi-tədqiqat işlərinin ağırlığı tədqiqatçı alimlərin - elmi işçilərin üzərindədir. Onların əmək haqqı isə arzuolunan səviyyədə deyil. Magistr və doktorantların təqaüdləri artırılmalıdır. AMEA-nın bir çox institutu sovet dövründən qalma binalarda fəaliyyət göstərir".