"Dövlət büdcəsindən idman sahəsinə ayrılan vəsaitə yenidən baxmağa ehtiyac var"


Digərləri 07 Noy 2018 12:48:48 247 0

"Dövlət büdcəsindən idman sahəsinə ayrılan vəsaitə yenidən baxmağa ehtiyac var"

2019-cu ilin dövlət büdcəsindən Azərbaycan Gənclər Fonduna və idman sahəsinə ayrılan vəsaitə yenidən baxmağa ehtiyac var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər Fondunun fəaliyyət istiqamətləri artırılıb, qarşısına yeni vəzifələr qoyulub.

Ü.Quliyevin sözlərinə görə, Gənclər Fondu gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi, gənclərə güzəştli kreditlərin verilməsi və digər fəaliyyətləri də həyata keçirəcək. Deputat təklif edib ki, Gənclər Fondunun bu vəzifələri layiqincə yerinə yetirməsi üçün Fonda ayrılan vəsaitin artırılmasına bir daha baxılsın.