Bakıda parklanmada xaos


Digərləri 07 Noy 2018 12:50:00 298 0

Bakıda parklanmada xaos

Küçələrdə park nəzarətçilərinin kimliyi, hansı qurumu təmsil etdiyi bəlli deyil.

Bakı şəhərində parklanma ilə bağlı ciddi problemlər, pərakəndəlik və özbaşınalıq var. Bunu hamı yaxşı bilir. Dünən aldığım bir məlumat isə lap ağ eləməkdir. Adının hallanmasını istəməyən bir xanım sürücü deyir ki, parklanma yerindən 10-15 dəqiqə istifadə etdikdən sonra "nəzarətçi" ona yaxınlaşıb deyir ki, ödəniş etməmisiniz, ona görə də 40 manat cərimə olunursunuz. Hətta bu adam xanıma hansısa kağız da uzadırmış ki, alın və elə indi cəriməni ödəməlisiniz. Adam hətta polis çağırıb xanımın bölməyə aparılacağı ilə də hədələyirmiş. Uzun mübahisədən və ətrafdakıların da müdaxiləsindən sonra hər hansı ödəniş edilmədən söhbət bitib.

Son.az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Bu xəbərin onu çox təəccübləndirdiyini deyən ekspert buna bənzər məlumatları çox eşitdiyini və ödəniş etməyənlərin cərimə ilə hədələndiyini qeyd edib.

Ə.Hüseynov Bakıda parklanma, buna görə cərimə və ödənişlərlə bağlı mövcud vəziyyətə aydınlıq gətirərək sürücüləri ayıq-sayıq olmağa çağırıb: