Türkiyə XİN: "ABŞın PKKnın 3 terrorçusunun başına pul qoymasını alqışlayırıq" FOTO


Dünya 07 Noy 2018 12:09:00 289 0

Türkiyə XİN: "ABŞın PKKnın 3 terrorçusunun başına pul qoymasını alqışlayırıq"  FOTO

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin PKK terror qruplaşmasının rəhbərliyinə daxil olan 3 nəfərin başına pul qoymasına münasibət bildirib.

Son.az report-a istinadən xəbər verir ki, XİN sözçüsü Hami Aksoy bildirib ki, rəsmi Ankara qərarı müsbət qiymətləndirir. 

"ABŞ Dövlət Departametinin PKK terror qruplaşmasının 3 dəstəbaşının kimliklərini və yerlərini təsbit edəcək məlumatların verilməsi qarşılığında pul mükafatı ayırmasını alqışlayırıq. Bu addımın terrorçu PKK, onun İraq və Suriyadakı qollarına qarşı mübarizə ilə dəstəklənməsini də gözləyirik", - H.Aksoy vurğulayıb.


Xəbərə aid fotolar