DOST Mərkəzləri üzrə vəzifə təlimatları hazırlanıb


Digərləri 07 Noy 2018 12:07:58 301 0

DOST Mərkəzləri üzrə vəzifə təlimatları hazırlanıb

Bakıda yaradılacaq ilk mərkəz üçün işçi heyətin seçimi də aparılıb

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılması istiqamətində yol xəritəsi əsasında işlər davam edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, görülən işlər çərçivəsində “DOST” mərkəzləri üzrə çalışacaq əməkdaşlar üçün onların bilməli olduqları məsələləri, fəaliyyət istiqamətlərini, vəzifə öhdəliklərini, hüquqlarını, məsuliyyətini və s. əhatə edən 25 vəzifə təlimatı da hazırlanıb. Bakıda yaradılacaq və ilkin mərhələdə Yasamal və Səbal rayonlarının əhalisinə xidmət göstərəcək ilk “DOST” mərkəzi üçün işçi heyətinin seçimi prosesi də aparılıb.