Kloop: “Növbəti matçlarda əsil Liverpool-u yenidən görəcəksiniz”


İdman 07 Noy 2018 11:00:00 274 0

Kloop: “Növbəti matçlarda əsil Liverpool-u yenidən görəcəksiniz”

Liverpool-un baş məşqçisi Yurqen Kloop ÇL-nin 4-cü turunda Crvena Zvezda klubuna məğlubiyyətdən (0:2) danışıb.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin qələbəyə layiq olduğunu deyib: “Belə olacağını gözləmirdim. Rəqib komanda yaxşı oynadı. Qol vəziyyətlərindən istifadə etmək lazım idi. Bacarmadıq. Starric yüz faizli qolu əldən verdi. Belə matçlarda vurulan qol vəziyyəti tamamilə dəyişir. Stadiondakı atmosferdən narahat deyildik. Meydan sahibləri iradə nümayiş etdirdi və qalib gəldi. Oyunda uduzduq. Ümumilikdə əvvəlki gücümüz itməyib. Düşünürəm ki, növbəti matçlarda əsil Liverpool-u yenidən görəcəksiniz”.