Nanə Mənzurəni efirdə PEŞMAN ETDİ:


Digərləri 07 Noy 2018 10:40:00 253 0

Nanə Mənzurəni efirdə PEŞMAN ETDİ:

3-cü dəfə burun əməliyyatından yeni çıxan Mənzurə Musayeva "ŞOU ATV" proqramında Nanə Ağamalıyevanın qonağı olub.

Son.az xəbər verir ki, müğənni əməliyyatdan yeni çıxdığı üçün verilişə dəvətdən imtina etmək istədiyini bildirib. Mənzurə verilişə gəlməyə razılıq verdiyini "15 gündür əməliyyatdan çıxmışam. Sizin verilişə istədim ki, gəlməyim, hörmətsizlik edə bilmədim. Belədir mənim əxlaqım" sözləri ilə canlı yayımda izah etməyə çalışıb.

Nanə müğənninin sözlərini yarıda kəsərək onun işlətdiyi kəlmələrə "Vaxt olub ki, sən xahiş etmisən ki, məni verilişə çağırın. İndi belə danışma" sözləri ilə cavab verib. 


Xəbərə aid fotolar