ÇL-da 1/8 finala yüksələn ilk komanda müəyyənləşdi


İdman 07 Noy 2018 10:37:00 262 0

ÇL-da 1/8 finala yüksələn ilk komanda müəyyənləşdi

Futbol üzrə Çempionlar Liqasının 4-cü tur matçında Barcelona səfərdə İnter-lə heç-heçə edib - 1:1.

Goal.az xəbər verir ki, matçda hər iki qol ikinci hissənin sonlarından vurulub.

Barcelona bu nəticə sayəsində turnirin 1/8 final mərhələsində iştirakı özünə təmin etmiş ilk komanda olub. Kataloniya klubu 17-ci dəfə ardıcıl olaraq ÇL-in qrup mərhələsini uğurla adlamağı bacarıb.

Barcelona hazırda aktivində 10 xalla "B" qrupuna liderlik edir.

İnter 7 xalla ikinci, Tottenham (4) üçüncü, PSV (1) isə sonuncudur.