İsa Həbibbəyli: Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi "dil nazirliyi” funksiyalarını həyata keçirəcək


Digərləri 07 Noy 2018 10:36:00 192 0

İsa Həbibbəyli: Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi "dil nazirliyi” funksiyalarını həyata keçirəcək

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi "dil nazirliyi” funksiyalarını həyata keçirəcək.

Bakı. Samir Əli - Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi "dil nazirliyi” funksiyalarını həyata keçirəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir. Qeyd olunur ki, "İnzibati Xətalar Məcəlləsi”nə az qala Milli Məclisin hər iclasında əlavələr və düzəlişlər edildiyi halda "Dövlət dili haqqında” qanunda indiyədək heç bir yeni yanaşma faktına rast gəlinməyib: "Fikrimcə, dil qaydalarının kobud surətdə pozulması hallarına qarşı da müəyyən təsirli tədbirlərin görülməsinə ehtiyac var. İkincisi isə, hesab edirəm ki, qəzet-jurnal redaksiyalarında, xüsusən nəşriyyatlarda redaktor-korrektor işini bərpa etmək lazımdır. Bundan başqa, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanıb ictimaiyyətə çatdırılmasını sürətləndirmək tələb olunur. Çünki dil qüsurlarının bir çoxu sözlərin yazılışı ilə deyilişi arasındakı fərqlərin nəzərə alınması ilə əlaqədardır". İ.Həbibbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanında "televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi” nəzərə çatdırılıb: